Ölkə

Şotlandiyalı professor: Azərbaycan fantastik ölkədir

“Eurovision-2012” mahnı müsabiqəsini izləmək üçün Bakıya qonaq gəlmiş şotlandiyalı professor İan Buick bir həftə ərzində Azərbaycanda gördüklərindən məmnun qalıb.

· Xəbərçi
Şotlandiyalı professor: Azərbaycan fantastik ölkədir
 APA-nın xəbərinə görə, İ. Buick ölkədə gedən inkişafa, paytaxt Bakının gözəlliyinə heyran olduğunu deyib. Şotlandiyalı qonaq ölkənin böyük sıçrayışla inkişafa qədəm qoyduğunu bildirib. Professor “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycanın bu böyük beynəlxalq tədbiri yüksək təşkilatçılıqla həyata keçirdiyini söyləyib: “Fantastik şou idi, Azərbaycan özü də fantastik ölkədir. “Baku Crystal Hall”a isə söz ola bilməz”.

Şərhlər