Gecədən başlayaraq səhərədək yağan leysan yağışlar Göyçay rayonunda fəsadlar törədib. ANS-in Göyçay müxbiri Tural Mustafayev təbii fəlakətin fəsadları barədə ətraflı məlumat verib.
Onun sözlərinə görə, dünən saat 21.00 radələridən başlayan yağışlar gecə 4.00-a qədər davam edib: “Göyçay rayonun Qaraməryəm, Qarayazı kəndləri də daxil olmaqla daha 2 kənddə daşqınların yaranmasına səbəb olub. Bu 4 kənddə 6-dan çox körpü qəzalı vəziyyətə düşüb, 80-ə yaxın sakinin evini su basıb. Həyatyanı sahələri yuyulub”.
Eyni zamanda bildirilib ki, leysan nəticəsində su anbarı da qəzalı vəziyyətə düşüb. Hazırda kəndlərdə işıq və içməli su problemi yaranıb. Fövqəladə Hallar Komissiyasının üzvləri əraziyə baxış keçirirlər.
Sel nəticəsində Göyçayda su anbarı qəzalı vəziyyətə düşdü
Rayona yağan leysan yağışları bir sıra fəsadlar törədib.




Şərhlər