Azərbaycan ərazisində növbəti zəlzələ baş verib. ANS PRESS-in Fövqəladə Hallar nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 24 may tarixində Bakı vaxtı ilə saat 16:48-də Şəki rayonunun inzibati mərkəzindən 14 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Episentrdə zəlzələ 3,0 bal olub.
Şəkidə və episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 2,0 bal hiss olunub. İlkin məlumata əsasən, insan tələfatı olmayıb.
Şəkidə növbəti zəlzələ
Episentrdə təkanlar 3 bal təşkil edib.




Şərhlər