Sara Qədimovanın ürəyi nəyə tab gətirmədi?
20 May 2012 Bazar 11:56
"EL" jurnalının sensasion may buraxılışı satışda.
Azərbaycanın ən populyar-puilisistik "EL" jurnalı öz sensasion may buraxılışı ilə oxucuların görüşünə gəlib. Jurnalın bu sayında biləcəksiniz:

Xalq artisti Sara Qədimovanın şəxsi həyatında nələr baş verirdi? Onun həyat yoldaşından ayrılmasının səbəbi nə idi? Müğənnin ürəyi nəyə tab gətirmədi? Türkiyəninikeçmiş prezidenti Süleyman Dəmirəl 30 ildən sonra Bakıya gələndə müğənnini necə xatırladı? Bütün bunlar "Dedilər ki o xanım sağdır" adlı yazıda oxuacaqsınınz

Mir Cəfər Bağırovun güllələtdirdiyi aktrisa kimdir? Milliyyətcə yunan olan, Azərbaycan dilində təmiz danışan, Azərbacan teatrına xidmət edən bu xanıma "rəhbər"in niyə acığı tutdu? Bütün bunlar "Gecə döyülən qapı" adlı yazıda

Məşhur şairi ən çox narahat edən nə idi? O müsəlmanların hansı əməllərindən narahat idi? Şair nəyin dərdini çəkirdi? Bütün bunlarla "O dərdçəkən şair idi" adlı yazıda tanış olacaqsınız.

ARDNŞ-in dəstəyi ilə bu dəfəki qəhrəmanımız görkəmli neft ustası Bəhmən Hacıyevdir. Neft sənayesinin inkişafında böyük xidmətləri olan bu qəhrəman neftçinin şəxsi həyatında nələr baş verirdi? Onun xəstəliyə tutulmasının səbəbi nə idi? Bunları "Heç zaman peşman deyildi" adlı yazıda oxuyacaqsınız.

Dünya pop ulduzu Makl Cekson. Öz ecazkar səsi ilə bəşəriyyəti lərzəyə gətirən bu pop ulduzu həyatda xoşbəxt idimi? Mayklın müəmmalı ölümünün bəzi versiyaları doğrudurmu? Onu ürəkdən sevən qadın kim idi? Ömrünün son illərində müğənni nədən əziyyət çəkirdi? Bunları "Mənim dünyamda heç nə dəyişmir!" adlı yazıda oxuyacaqsınız.

Dərginin bu dəfəki foto-proyekti ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Gül bayramına həsr edilib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar