Sabah hava nəcəolacaq?
24 İyul 2012 Çərşənbə Axşamı 12:43
Ölkə ərazisində isti hava şəraiti proqnozlaşdırılır
İyulun 25-də Abşeron yarımadasında hava şəraitinin isti olacağı, mülayim şimal küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 25-də hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı ehtimalı var.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 ,dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar