Ölkə

Sabah 33 dərəcə isti olacaq

Yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

· Xəbərçi
Sabah 33 dərəcə isti olacaq
Mayın 18-dən 20-dək Abşeron yarımadasının hava şəraitinidə mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
mayın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.

Şərhlər