Qoşunların təmas xəttində monitorinq keçiriləcək
30 May 2012 Çərşənbə 10:05
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçirəcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 31-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle olacaq.
DOSTLARINLA PAYLAŞ: