Qarabağa dolu düşdü
30 May 2012 Çərşənbə 12:59
Ağdam vəTərtərdə qeydə alınan təbiət hadisəsi zamanı əkin sahələrinə ciddi ziyan dəyib.
Ötən gün təqribən saat 21:40 radələrində Tərtər və Ağdam rayonlarına güclü dolu yağıb. Tərtər rayon fövqəlada hallar komissiyasından verilən məlumata görə, təqribən 10 dəqiqə yağan dolu əsasən Tərtər və Ağdam rayonunlarının bitişik ərazilərində ziyan vurub. Bu vaxt ərzində 2-4 santmetr olan buz parçaları düşüb. Nəticədə əkin sahələrinə ziyan dəyib. Əsasən 500 hektara qədər taxıl, 300 hektara qədər pambıq, 400 hektara qədər bostan bitkiləri olan sahələrə ziyan dəyib. Dolu bitkiləri tamamilə torpağa yatırıb, yaxud gövdələrini sındırıb. Bəzi yaşayış evlərinə də müəyyən ziyan dəyib. FHK tərəfindən araşdırmalar aparılır və dəyən ziyanın miqdarı axşama doğru müəyyən ediləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar