Ölkə

Prokurorluq haqqında qanuna dəyişiklik ediləcək

Qanun layihəsinin Milli Məclisin sabah keçiriləcək iclasında müzakirə olunacağı gözlənilir.

· Xəbərçi
Prokurorluq haqqında qanuna dəyişiklik ediləcək
Azərbaycanda "Prokurorluq haqqında" qanuna dəyişiklik ediləcək. ANS PRESS-in Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, qanunun 39-cu maddəsinin 4-cü hissəsi ləğv edilir. Orada qeyd olunur ki, hərbi prokurorluq orqanları maddi-texniki vəsaitlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri ilə, habelə başqa növ təminatlarla Müdafiə Nazirliyi və qoşun növlərinin komandanlığı, hərbi birləşmələr tərəfindən təchiz edilir, həmçinin xidməti binalarının mühafizəsi təmin edilirdi.

Dəyişiklik əsasında “Prokurorluq haqqında” qanundan müvafiq bənd çıxarılacaq. Bu o deməkdir ki, bundan sonra Hərbi Prokurorluq orqanlarının maliyyələşdirilməsi, o cümlədən əsaslı təmir və digər təchizat məsələləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin sabah keçiriləcək iclasında müzakirə olunacağı gözlənilir.

Şərhlər