Paytaxt şosselərindən biri bağlandı
05 İyun 2012 Çərşənbə Axşamı 15:48
Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahədə təmirlə əlaqədar hərəkət məhdudlaşdırılıb.
Bu gündən etibarən şəhər şossesi boyu Zabrat-Sabunçu-Bakı istiqaməti istisna olmaqla yolun Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, göstərilən istiqamətdə hərəkətin məhdudlaşdırılması yolun asfalt-beton örtüyünün təmiri ilə əlaqədardır. Bununla əlaqədar sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar