Parisdə 28 May-Respyblika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib
30 May 2012 Çərşənbə 10:27
Ziyafətdə Fransanın rəsmiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Fransadakı səfirliyi və ölkəmizin UNESKO yanında daimi nümayəndəliyi mayın 29-da Parisin möhtəşəm Dofin pavilyonunda 28 May-Respyblika Günü münasibətilə rəsmi ziyafət təşkil edib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov qonaqlar qarşısında çıxış edib. Ziyafətdə Fransanın rəsmiləri, ictimaiyyətin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Azərbaycan və qardaş türk diasporlarının təmsilçiləri, Fransanın müxtəlif universitetlərində təhsil alan tələbələrimiz, yerli və xarici jurnalistlər də iştirak ediblər. Qonaqlara zəngin Azərbaycan mətbəxinin təamları təqdim olunub. Tədbir milli musiqimizin sədaları altında sona yetib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar