Ov mövsümü açıldı
02 İyun 2012 Şənbə 13:39
Artıq vəhşi heyvan ovçuları fəaliyyətə başlaya bilərlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti ölkə ərazisində 2012-2013-cü illərin ov mövsümünü 2012-ci il 2 iyun tarixindən etibarən açıq elan edilib.
ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirlik tərəfindən ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların ovlanmasının müddətləri və normaları, ov biletlərinin bölgü cədvəlləri hazırlanmışdır.
Respublika ərazisində 2012-2013-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanmasının müddətləri və normaları təyin edilmişdir: Ovlanmasına icazə verilən heyvanlar siyahısına çöl donuzu, təkə, dovşan və bataqlıq qunduzu daxildir.
Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.
DOSTLARINLA PAYLAŞ: