Ötən həftənin xəbər icmalı
18 İyun 2012 Bazar Ertəsi 00:37
Ötən həftənin xəbər icmalı. Azərbaycanda səfərdə olan ATƏT-ın fəalıyyətdə olan sədrı Eymon Gılmor bir sıra rəsmilərlə görüş keçirib.
Milli məclisin iclasında informasiya əldə etməklə bağlı qanun layisinə dəyişiklik edildi. İclasda həmçinin Eks prezidentlər haqqında qanun qəbul olundu

Rusiyada müxalifət “Rusiya günü”nü kütləvi etiraz aksiyası ilə qeyd etdi. Milyonların marşı adlandırılan aksiya paytaxt Moskva ilə yanaşı ölkənin bir sıra iri şəhərlərin də baş tutdu.

ATƏT-ın fəalıyyətdə olan sədrı, İrlandıyanın xarıcı ışlər və tıcarət nazırı Eymon Gılmor regiona səfəri çərçivəsində Azərbaycana gələrək bir sıra rəsmilərlə görüş keçirdi.

Suriyada toqquşmaların vətəndaş müharibəsi səviyyəsinə çatdığı bir ərəfədə Amerika Birləşmiş Ştatlaprı Rusiyanı Suriya hökümətinə silah satmaqda satmaqda ittiham etdi.

Tunisin hərbi tribunalı keçmiş prezident Zeynəl Abidin bin Əlini qiyabi olaraq 20 il müddətinə azadlıqdan məhrum etdi.

Türkiyənin 8-ci prezidenti Turqut Özalın öldürülməsi ehtimalları yenidən gündəmə gəldi. Keçmiş prezidentin ölümündə şübhəli bilinən şəxslər arasında PKK lideri Abdullah Öcalanın və Türkiyənin nüfuzlu media maqnatlarının adları hallanır.

Misirdə prezident seçkisinin ikinci turu keçirildi

Türkiyədə konstitusiya məhkəməsinin ölkə prezidentinin səlahiyyət müddəti ilə bağlı etdiyi dəyişikliklərə görə bundan sonra ölkənin prezidentini parlament yox, xalq seçəcək. Yeni dəyişiklik Türkiyədəki siyasi partiyalar arasında ciddi narazılığa səbəb oldu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar