Ölkə ərazisində sərin hava şəraiti neçə gün davam edəcək?
18 İyun 2012 Bazar Ertəsi 13:09
Sabah Bakıda yağış gözlənilir.
Yaxın 3 gün ərzində ölkə ərazisində nisbətən sərin hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, iyunun 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün ikinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Gündüz saatlarında 25-29 dərəcə isti olacaq.
İyunun 20-21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 19-da yağıntılı hava şəraiti müşahidə olunacaq, şimşək çaxacaq, yağış yağacaq, yağıntıların bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimal edilib. Havanın temperaturu Aran rayonlarında 27-32 dərəcə, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.
İyunun 20-21-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın hərarəti gündüz Aran rayonlarında 29-34, dağlıq rayonlarda 20-25 dərəcə olacaq.
DOSTLARINLA PAYLAŞ: