Neftçi"-"Bakı" matçında Röya oxuyacaq
17 May 2012 Cümə Axşamı 13:36
Bu gün Kiçik Karvansarada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının təşkilatçılığı ilə İçəri Şəhərdə keçirilən “Qız Qalası” Üçüncü Beynəlxalq İncəsənət Festivalının rəsmi açılış mərasimi olub.
 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, mərasimi giriş nitqi ilə açan idarə rəisi Mikayıl Cabbarov bildirib ki, festival artıq ənənə xarakteri alıb və artıq üçüncü dəfədir ki, böyük uğurla keçirilir.
“Qız Qalası” Üçüncü Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın ən qədim abidələrindən biri olan Qız Qalasının daha geniş tanınması və populyarlaşdırılmasında əhəmiyyətli rol oynayır. O, bu il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA ekoloji kampaniyası çərçivəsində ilk dəfə olaraq nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə diqqəti cəlb etmək üçün ceyran maketlərinin də ötən il festivalda iştirak etdiyini və artıq festivalın dostları olan rəssamlar tərəfindən bəzədiləcəyini xüsusi vurğulayıb. Mikayıl Cabbarov, Festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd olunub ki, rəssamlar tərəfindən bəzədilmiş Qız Qalası maketləri Müasir İncəsənət Muzeyində nümayiş etdiriləcək.
Xalq rəssamı, Dövlət Mükafatı Laureatı, akademik Tahir Salahov Festivalda iştirak edən rəssamları salamlayıb və bütün təşkilatçılara öz təşəkkürünü bildirib.
Açılışda mədəniyyət və incəsənət nümayəndələri, ictimai xadimlər, ziyalılar və mətbuat nümayəndələri iştirak edib.
Bu gün rəssamlar Qız Qalasının qarşısındakı meydanda saat 14:00-dan başlayaraq, Qız Qalası maketlərinin və ceyran maketlərinin bəzədilməsinə başlayacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar