Nazirlər Kabineti yeni qərarlar qəbul edib
06 İyun 2012 Çərşənbə 10:35
Qərarların tam mətni ilə www.cabmin.gov.az ünvanlı internet saytında tanış olmaq mümkündür.
Nazirlər Kabineti iyunun 4-də üç yeni qərar qəbul edib. “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarında dəyişikliklər edilməsi barədə “Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 1987 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edilməsi barədə “Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 1987 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə “Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 1987 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında tanış olmaq mümkündür.
DOSTLARINLA PAYLAŞ: