Milli Məclisin 2012-ci il yaz sessiyasının sonuncu iclası keçirilir
29 İyun 2012 Cümə 12:24
Parlamentin iclasında bir sıra məhkəmələrə hakimlər təyin olunub.
Milli Məclisin 2012-ci il yaz sessiyasının sonuncu iclası başlayıb. APA-nın məlumatına görə, iclasın gündəliyinə 34 məsələ daxildir.
İclasda ilk olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və 6 apellyasiya məhkəməsinə hakimlərin təyin olunması barədə qanun layihələri səsverməyə çıxarılıb.
Vüqar Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.
Milli Məclisdə keçirilmiş səsvermə nəticəsində Kəmaləddin Bədəlov, Toğrul Əliyev, İlqar Hüseynov, İsmayıl Xəlilov, Raqib Qurbanov, Vidadi Məmmədov, Nurəddin Mustafayev, Elşanə Vəliyeva və Cahangir Yusifov Bakı Apellyasiya, Şamil Rzaquliyev Gəncə Arellyasiya Məhkəməsinin, Vidadi Cəfərov, Telman Quliyev Sumqayıt Arellyasiya Məhkəməsinin, Məhərrəm Allahverdiyev, Etibar Camalov, Tofiq Heydərov, Nüsrət Mirzəyev Şirvan Arellyasiya Məhkəməsinin, Vidadi Qasımov və Hümbət Səlimov Şəki Arellyasiya Məhkəməsi hakimləri təyin edilib.
Bundan başqa, səlahiyyət müddəti 2012-ci il iyunun 28-də başa çatmış Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilov Bakı Apellyasiya Məhkəməsinin, səlahiyyət müddəti eyni tarixdə başa çatmış Zaqatala Rayon Məhkəməsinin hakimi Elçin Hüseynov Şəki Apellyasiya Məhkəməsinin, səlahiyyət müddəti eyni dövrdə başa çatmış Şəki Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Babaxanov isə Şirvan Apelyasiya Məhkəməsinin hakimi təyin olunub.
DOSTLARINLA PAYLAŞ: