Milli Məclisdə dövlət büdcəsi müzakirə olunur
29 May 2012 Çərşənbə Axşamı 12:02
Dəyişikliklər layihəsini parlamentə prezident İlham Əliyev təqdim edib.
Milli Məclisin bu günki plenar sessiyasında 2012-ci il dövlət büdcəsinə bir sıra əlavələr ediləcək. Təkliflərə əsasən dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılacaq. Əlavə və dəyişikliklər layihəsini Milli Məclisə prezident İlham Əliyev təqdim edib.

Layihəyə əsasən, dövlət büdcəsinin gəlirləri 17 milyard 38 milyon manata, xərcləri isə 17 milyard 672 milyon manata çatdırılacaq. Dövlət büdcəsinin kəsirinin isə əvvəlki kimi 600 milyon manat civarında saxlanması gözlənilir. Dövlət büdcəsinə əlavə ediləcək vəsaitin 350 milyon manatı təbii fəlakətlərin yaratdığı fəsadların aradan qalıdırılmasına sərf olunacanaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar