Lənkəranda zəlzələ baş verib
07 Avqust 2014 Cümə Axşamı 12:44
Lənkəran rayonunda zəlzələ baş verib. Zəlzələnin 3-4 bal gücündə olduğu ehtimal edilir.
Azərbaycanda zəlzələ baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yeraltı təkanlar Lənkəran rayonunda hiss olunub.
Zəlzələ Lənkəran şəhərində və rayonun bütün kəndlərində hiss edilib.
Hadisə nəticəsində əhali təşvişə düşüb. Zəlzələnin 3-4 bal gücündə olduğu ehtimal edilir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli ANS PRESS-ə faktı təsdiqlədi. Alimin sözlərinə görə, həqiqətən də Lənkəranda yeraltı təkanlar olub. Lakin hələlik zəlzələnin gücü və maqnitudası dəqiqləşdirilir. "Yaxın saatlarda ətraflı məlumat veriləcək".
DOSTLARINLA PAYLAŞ: