Ölkə

Kəmaləddin Heydərov Zaqatalada tam söküləcək evlərin sayını açıqladı

Nazir Kəmaləddin Heydərov qeyd edib ki, 2500-ə qədər ev bərpa-gücləndirmə statusuna düşür.

· Xəbərçi
Kəmaləddin Heydərov Zaqatalada tam söküləcək evlərin sayını açıqladı
"Zaqatalada baş vermiş zəlzələ nəticəsində komissiya tərəfindən 12 minə yaxın ev təhlil olunub, onlardan 2800-ə qədəri tam söküləcək". Trend-in məlumatına görə, bunu jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazir qeyd edib ki, 2500-ə qədər ev bərpa-gücləndirmə statusuna düşür və onlardan bərpası mümkün olanlar bərpa olunacaq, bərpası mümkün olmayanlara qəzalı ev statusu verilərək söküləcək və təzədən tikiləcək.

Qeyd edək ki, mayın 18-də episentri Zaqataladan 15 km cənubda olan 6 bal gücündə zəlzələ qeydə alınıb. Episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 4-5 bal gücündə hiss olunub.

Zaqatala ərazisində 7 bal gücündə birinci güclü zəlzələ mayın 7-də qeydə alınmışdı.

Şərhlər