Kəmaləddin Heydərov: Yeni tikilmiş binaların heç biri nəzarətsiz tikilmir
18 İyun 2012 Bazar Ertəsi 12:55
Nazir Kəmaləddin Heydərov bildirib ki, bu sahədə qayda-qanun demək olar ki, yaranıb
Yeni tikilmiş binaların heç biri nəzarətsiz tikilmir, ekspertizadan keçirlər və lisenziyası olan şirkətlər tərəfindən tikilir. Trend-in məlumatına görə bunu jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. O bildirib ki, bu sahədə qayda-qanun demək olar ki, yaranıb. Nazir əhaliyə xitabən bildirib ki, qanunsuz tikilən evlər əvvəllər qanunlarda boşluq olduğu, nəzarətin zəif olduğu dövrə təsadüf edir.
"İndinin özündə də o formada tikilən evlərlə bağlı dövlət tərəfindən komissiyalar təşkil olunub. Elə adam var ki, binanı tikib, amma özü burda yoxdu. Onu dövlət qəbul etməlidir. Qəbul etmək üçün təhlil aparılmalıdır və biz bunu edirik, heç kim narahat olmasın", - deyə K.Heydərov bildirib.
DOSTLARINLA PAYLAŞ: