Kəmaləddin Heydərov Kür daşqınlarından ziyan çəkmiş sakinlərlə görüşüb
06 İyun 2012 Çərşənbə 09:06
Nazir Kəmaləddin Heydərov sakinlərin problemləri ilə də yaxından tanış olub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabad rayonunda 2010-cu ildə Kür daşqınlarından ziyan çəkmiş sakinlərlə görüşüb. APA-nın verdiyi xəbərə görə, nazir Kür daşqınlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. K.Heydərov bildirib ki, tikinti işləri plan üzrə davam etdirilir.

Daşqınların vurduğu ziyanın aradan qaldırılması məqsədilə bir neçə ay əvvəl dövlət başçısı tərəfindən əlavə vəsaitin ayrıldığını qeyd edən nazir layihə smeta sənədlərinin artıq hazır olduğunu və gələn həftədən tikinti işlərinə başlanılacağını diqqətə çatdırıb.

Nazir sakinlərin problemləri ilə də yaxından tanış olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar