İyulun son günü hava sərin keçəcək
31 İyul 2012 Çərşənbə Axşamı 03:59
Sinoptiklər yaxın iki gündə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edirlər.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi dağlıq yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz: İyulun 31-də mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amil olsa da, avqustun 1-2-də zəif küləklərin üstünlüyü və arabir havada yaranan durğunluq fonunda isti diskomfort hava şəraiti əlverişsizdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar