İslamın əlindən raketi alıb, əvəzinə elm verməliyik
05 İyun 2012 Çərşənbə Axşamı 12:18
Allahşükür Paşazadə: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin həm də İslamla bağlı şəxs olması məni sevindirir”.
“Biz bu gün islamın əlindən çomağı, raketi almalıyıq. Əvəzinə qələm, elm verməliyik”. APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə “İslam Əməkdaşlıq Təşkilatını (İƏT) modeli – 2012 beynəlxalq Təhsil proqramı” layihəsinin bağlanış mərasimində çıxışında deyib.

A.Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədr təyin olunmasına da münasibət bildirib. O deyib ki, yeni sədr həm də İslamla bağlı olan bir şəxsdir: “Bu məni sevindirir. Bir vaxtlar Şeyx olanda mənim də yaşım az idi. Məndən yaşımı soruşanda gizlədirdim. 30 yaşım olsa da, 35-40 deyirdim. Mən Elşad müəllimin fəaliyyətinə böyük ümidlə baxıram”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar