İsaxan Aşurov dəfn olundu
28 İyun 2012 Cümə Axşamı 16:17
Tanınmış vəkil İsaxan Aşurov Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində torpağa tapşırılıb.
İyunun 22-də dünyasını dəyişmiş Azərbaycanın tanınmış hüquqşünası, vəkil İsaxan Aşurov bu gün dəfn olunub. Bu barədə APA-ya vəkil İntiqam Əliyev məlumat verib. İ.Əliyev İ.Aşurovun Gürcüstanın Bolnisi rayonun Faxralı kəndində dəfn olunduğun deyib.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən İ.Aşurov müalicə üçün getdiyi ABŞ-da vəfat edib.

İ.Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin il Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1977-1981-ci illərdə Qazax Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifələrində çalışıb. 1989-1991-ci illər ərzində Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib. 1996-cı ildən vəkil kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar