Qeyd edək ki, İlqar Verdiyev iyunun 9-dan 10-na keçən gecə Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Goranboy istiqamətində minaya düşüb. Ağır yaralanan zabitin sağ qolu amputasiya olunmuşdu. İlqar Verdiyev bu gün saat 13.30-da Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalında vəfat edib.
İ. Verdiyev əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb. Daha sonra Goranboydakı hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub.
İ. Verdiyev Türkiyədə hərbi təhsil almış ilk Azərbaycan zabitlərindəndir. O, Kara Harp Okulunu bitirib. O, 3 uşaq atası olub.
Allah rəhmət eləsin!









Şərhlər