Həbsxanaya sovqat aparılan qazanda 5 telefon tapıldı
10 İyul 2012 Çərşənbə Axşamı 06:53
Qazanda həmçinin 3 ədəd sim kart, 4 ədəd mobil telefonların qidalandırıcısı aşkarlanıb.
Paytaxtda cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb. Ədliyyə nazirliyinin penitensiar xidmətindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan 21 yaşlı cinayət məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək 4 il müddətinə azaqdlıqdan məhrum edilmiş və hal-hazırda cinayət məcəlləsinin 317-2.1 maddəsi ilə təqsirli bilinən Hüseynov Mehran Mehman oğluna vətəndaş Behbudov Kənan Vidadi oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman içərisində yeməklə dolu olan qırmızı rəngli dəmir qazanın dibindən 3 ədəd “Samsunq”, 1 ədəd “Nokia”, 1 ədəd “Alkatel” markalı mobil telefonlar, 3 ədəd danışıq sim kartları və 4 ədəd mobil telefonların qidalandırıcısının başlıq hissəsi aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar