Hava buludlu və yağmursuz olacaq
30 May 2012 Çərşənbə 07:09
Bəzi rayonlarda isə gecə qısamüddətli yağış gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20, gündüz 24-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq, dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Yaxın 2 gün ərzində hava şəraitinin gündüz saatlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq, dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar