Gənclik metrosu yaxınlığında tunelin tikintisi nə vaxt tamamlanacaq?
22 İyun 2012 Cümə 11:37
Tikinti işlərinin 2013-cü ildə başa çatdırılması planlaşdırılıb.
Bakının böyük tunellərindən birinin tikintisinin tamamlanma vaxtı bəlli olub. Bu barədə"Akkord" şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Afaq Quliyeva day.az saytına bildirib. A.Quliyeva qeyd edib ki, “Gənclik” metrosunun yaxınlığındakı tunelin tikintisi işləri sürətləndirilib.
“Layihədə bəzi dəyişikliklər edilib və əlavə olaraq, 8 piyada keçidi də tikiləcək. Tikinti işlərinin 2013-cü ildə başa çatdırılması planlaşdırılıb”, - deyə A.Quliyeva əlavə edib.
DOSTLARINLA PAYLAŞ: