Fövqəladə hallar naziri Zaqatalada icra başçıları ilə müşavirə keçirib
19 May 2012 Şənbə 20:18
Bu gün Zaqatalada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sədrliyi ilə zəlzələ bölgəsinə daxil olan rayonların icra hakimiyyəti başçılarının iştirakı ilə müşavirə keçirilib.
Nazir APA-ya açıqlamasında bildirib ki, müşavirədə bölgə əhalisinin məşğulluğu ilə bağlı məsələlər müzakirə olunub: “İcra başçıları bildirdilər ki, əhalinin məşğulluğu ilə bağlı bölgədə heç bir problem yoxdur. Əkin-biçinlə, heyvandarlıqla məşğul olan sakinlər öz işləri ilə məşğuldur. Sənaye müəssisələrində çalışanlarla bağlı isə məsələ araşdırılandan sonra qərar verilib. Hansı binalar ki, qəzalı vəziyyətdədir, orda işləməyə icazə verilmir. Təhlükə olmayan müəssisələrdə isə iş davam edir. Sadəcə, təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar