Eurovision vauçerlərinin biletlərə dəyişdirilməsi başlandı
15 May 2012 Çərşənbə Axşamı 13:53
Bu gündən əsas məşqlər, mayın 16-dan isə canlı şouların biletləri veriləcək.
Bu gün saat 15.00-dan etibarən Eurovision Mahnı Müsabiqəsi 2012-nin birinci və ikinci yarımfinalları və finalının əsas məşqlərinin (21 may, 23 may və 25 may) vauçerlərinin biletlərə dəyişdirilməsinə start veriləcək. Vauçerlərin biletlərə dəyişdirilməsi prosesi istirahət günləri də daxil olmaqla hər gün "Gülüstan" sarayında saat 10.00-dan 22.00-dək həyata keçiriləcək.

Eurovision Mahnı Müsabiqəsi 2012-nin şoularının vauçerlərini alan hər bir şəxs şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletləri əldə edə bilər.

Mayın 16-dan etibarən isə Eurovision Mahnı Müsabiqəsinin birinci və ikinci yarımfinalları (22 may, 24 may) və final mərhələsinin (26 may) vauçerləri biletlərə dəyişdiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar