Elmlər Akademiyası stansiyasının əlavə çıxışı nə vaxt hazır olacaq?
29 May 2012 Çərşənbə Axşamı 12:12
Tikinti zonasına düşən ticarət obyektlərinin köçürülməsi məsələsi həll edilir.
Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasının əlavə çıxışının tikintisi çərçivəsində maili tunelin qazılması işlərini aparır. Bu barədə Trend-ə Bakı Metropolitenindəki mənbə məlumat verib.
“Elmlər Akademiyası” stansiyasının yerləşdiyi rayonda bir sıra ali məktəb müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası və başqa dövlət müəssisələri, nazirliklər yerləşir.
Mənbənin sözlərinə görə, paralel olaraq əsas kollektorun çəkilməsi işləri görülür və tikinti zonasına düşən ticarət obyektlərinin köçürülməsi məsələsi həll edilir.
“Ekskalator üçün maili tunelin qazılmasına artıq başlanıb, eləcə də kollektorun çəkilməsi işləri görülür”, - mənbə qeyd edib.
Mənbənin dediyi kimi, obyektlərin köçürülməsi məsələsi yaxın vaxtlarda həll olunacaq ki, bu da tikinti işlərinin tam aktivləşdirilməsi və kommunikasiyaların köçürülməsi üçün şərait yaradacaq.
“Elmlər Akademiyası” stansiyasının əlavə çıxışının 2015-ci ildə istismara verilməsi planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: