Elçin Xəlilov yaxın iki ay ərzində zəlzələ baş verəcəyi məkanların adını açıqladı
21 İyun 2012 Cümə Axşamı 12:50
Seysmoloq Elçin Xəlilov “Yerin nüvəsi qəfil fəallaşıb və 2011-ci ilin sonundan güclü enerji atılması baş verir”.
Yerdə seysmik proseslərdə fəallaşma başlayır. Bu barədə açıqlamanı Londonda yerləşən Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (Global Network for the Forecasting of Earthquakes-GNFE) verib. ANS PRESS-in məlumatına görə, GNFE-nin prezidenti azərbaycanlı mütəxəssis Elçin Xəlilov bununla bağlı sosialşəbəkələrdən birinə müsahibə verib:
- Elçin müəllim, GNFE-nin proqnozları nəyə əsaslanır?
- Hər şeydən əvvəl xatırlatmaq istəyirəm ki, ilin əvəllərində bir çox kütləvi informasiya vasitələri Geoloji Mühitin Qlobal dəyişikləri üzrə beynəlxalq komitənin GEOCHANGE-nin (Almaniya, Münhen) 2012-ci ilin iyul ayından seysmik və vulkanik fəallığın artacağının gözlənildiyi barədə məlumatlara istinad etməyə başlayıblar. Digər tərəfdən, GNFE-nin 2011-ci ilin noyabr-dekabrında Yerin nüvəsindən böyük həcmdə enerjinin ayrılması barədə informasiyası dünya mətbuatında geniş yayılmışdı. O vaxtdan nə dəyişib? Bu vaxt ərzində biz çox sayda yeni informasiya toplamışıq. Bunlar vəziyyəti qlobal xarakterdən lokal hadisələrə kimi bir çox aspektdən aydınlaşdırmağa imkan verir.
GNFE şərqdə Yer qabığının geodinamik monitorinqini həyata keçirir və bu ərazidə qısamüddətli zəlzələ proqnozları verir. Bu məlumatlar 5 ölkədə- Türkiyə, Ukrayna, Azərbaycan, Pakistan və İndoneziyada yerləşən ATROPATENA zəlzələ proqnozlaşdırma stansiyalarının yazılarının analizi əsasındadır. Bu proqnozlarda vaxt, gücü və gözlənilən zəlzələnin yeri, o cümlədən 92-93 faiz doğru ehtimalla təkanların sayı təqdim edilir.
2012-ci ilin may ayında bu stansiyada qravitasiya sahəsində indiyə kimi davam edən üç ölçülü anomaliyasını qeydə almağa başladı. Bizim “C-anomaly” deyə ifadə etdiyimiz xüsusi anomaliyaların sayı kəskin artdı.
Bu anomaliyalar o deməkdir ki, qeydə alınan energetik impulslar bilavasitə Yerin nüvəsindən çıxır. Bu o deməkdir ki, Yerin nüvəsi qəfil fəallaşıb. 2011-ci ilin sonunda güclü enerji atılması planetin daxili enerjisinin yeni, daha yüksək səviyyəyə keçməsinin ilkin göstəricisi olub.
-Yaxın vaxtlarda hansı ərazilərdə seysmik fəallığın artması ehtimalı daha böyükdür?
-Stansiyanın qeydiyyatlarının kompleks analizi, eləcə də başqa geodinamik və geofiziki parametrlər göstərir ki, yaxın iki ayda seysmik fəallıq özünü Qafqazda, Xəzərdə, Türkiyə, İran. İndoneziya, Yaponiya, Kamçatka, Çinin qərbi, Pakistanda göstərməyə başlayacaq.
DOSTLARINLA PAYLAŞ: