Dükanlarda 576 kq saxta ərzaq aşkar olunub
28 İyun 2012 Cümə Axşamı 19:29
Aparılan monitorinqlər zamanı yararsız ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında yoxlamalarını bu gün də davam etdirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, DövlətXidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Xətai rayonunda Əhmədli qəsəbəsi, X.Məmmədov küçəsi, 2945-ci məhəllədə Eldar Pəncəliyevə məxsus mağazada, Nizami rayonunda Q.Qarayev prospekti, ev 116 ünvanında yerləşən “Metro market”də, Q.Qarayev prospekti, ev 26, mənzil 37 ünvanında Nurlana Zəkəryəyevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Xətai rayonunda Əhmədli qəsəbəsi, X.Məmmədov küçəsi, ev 4A ünvanında yerləşən “Orxan market”də, Cavanşir küçəsi, ev 30 ünvanında yerləşən “Elnur market”də, Zığ şosesi, ev 36 ünvanında yerləşən “Şahtaxtı market”də, R.Məmmədov küçəsi, ev 24 ünvanında Hikmət Saatova məxsus mağazada, Nizami rayonunda M.Abbasov küçəsi, ev 6 ünvanında Bəhlul Əliyevə məxsus mağazada, Nəsimi küçəsi, ev 16 ünvanında yerləşən “Araz market”də, Q.Qarayev prospekti, ev 39/47 ünvanında yerləşən “Orbita market”də, B.Nuriyev küçəsi, ev 37B ünvanında yerləşən “Ağ market”də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Abşeron rayonunda Sulutəpə qəsəbəsi, Şamaxı şossesində Ziyad Muradova məxsus mağazada, Saray qəsəbəsində Sevil Qazıyevaya məxsus mağazada, Zaqatala rayonunda Danaçı kəndində yerləşən “Ruslan market”də, Daşkəsən şəhərində İ.Qayıbov küçəsində Faxrəndə Zeynalovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib.

Şəmkir şəhərində Kolxoz bazarı ətrafında Sakit Cəfərova məxsus mağazada, Ucar rayonunda Qarabörk kəndində Çingiz Əliyevə məxsus mağazada, Saatlı rayonunda H.Əliyev prospektində Məhbub Güləliyevə və Zülfüqar İsmayılova məxsus mağazalarda, Daşkəsən şəhərində T.İsmayılov küçəsində İlhamə Cəfərovaya məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 576 kq ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar