Ölkə

Dövlət Gömrük Komitəsinin əsasnaməsi və strukturu təsdiq edilib

Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Dövlət Gömrük Komitəsinin əsasnaməsi və strukturu təsdiq edilib.

· Xəbərçi
Dövlət Gömrük Komitəsinin əsasnaməsi və strukturu təsdiq edilib
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi haqqında əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə fərman imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu” təsdiq edilib.

Fərmanda Nazirlər Kabinetinə 3 ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq prezidentə təqdim etmək tapşırılıb. Bundan başqa Nazirlər Kabineti öz normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.

Şərhlər