Diplomatik xidmət orqanlarının əməkdaşları təltif ediliblər
07 İyul 2012 Şənbə 17:18
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı əməkdaşlar təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Mehdiyev Aqşin Şəfaət oğlu
Muxtarov İlqar Yusif oğlu
Şikarov Daşqın Məzi oğlu
Əhmədzadə Məmməd Bahəddin oğlu
İbrahim Xəzər Zafir oğlu

"Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə:

Abdullayev Elman Telman oğlu
Aslanov Rəşad Fəxrəddin oğlu
Həsənov Ramin Müzəffər oğlu
Məmmədov Qaya Məmməd oğlu


DOSTLARINLA PAYLAŞ:

oyunlar