Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib
06 İyul 2012 Cümə 19:54
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan diasporu quruculuğu sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Hacıyev Valeh Tofiq oğlu
Qurbanov Nəriman Əhmədağa oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Qasımov Kavus Səfa oğlu
Məmmədov İlham Hacı oğlu
Məmmədov Ramin Ələmşah oğlu
Miraləm Elşad Mircavad oğlu
Nəcəfov Füzuli Tanrıverdi oğlu
Sultanova Səbinə Ələddin qızı


DOSTLARINLA PAYLAŞ:

oyunlar