Ölkə

Cəfər Vəliyev torpağa tapşırıldı

Mərhum Cəfər Vəliyev II Fəxri Xiyabanda dəfn olunub.

· Xəbərçi
Cəfər Vəliyev torpağa tapşırıldı
Ölkənin dövlət qurumlarında rəhbər post tutmuş Cəfər Vəliyev bu gün 82 yaşında vəfat edib. Mərhum II Fəxri Xiyabanda dəfn olunub. Cəfər Vəliyevi son mənzilə yola salanlar arasında daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, gənclər və idman naziri Azad Rəhimov və digər vəzifəli şəxslər olub.

Xatırladaq ki, Cəfər Vəliyev Sovet dövründə respublika prokurorunun birinci müavini, daxili işlər naziri postllarında, müstəqillik dövründə isə Mərkəzi Seçki Komissiyasının sədri, İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışıb.

C. Vəliyev “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdi. Prezident İlham Əliyev Cəfər Vəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Şərhlər