Ölkə

Bugün Abşeronda qaz olmayacaq

Təmir işləri əlaqədar rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq

· Xəbərçi
Bugün Abşeronda qaz olmayacaq
Abşeron rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Mərkəzinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 3 iyul tarixində saat 10:00-dan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Abşeron rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Şərhlər