Bu günün Ramazan təqvimi (30 iyul)
30 İyul 2012 Bazar Ertəsi 00:02
İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən, Sənin nəzdində feyz və səadət tapanlardan qərar ver!
10 ramazan 1433 – 30 iyul 2012

Imsaq: 05.13
İftar: 21.13

10-cu günün duası: Allahumməcəlni fihi minəl-mutəvəkkilinə ələyk. Vəcəlni fihi minəl-faizinə lədəyk. Vəcəlni fihi minəl-muqərrəbinə iləyk. Biihsanikə ya ğayətəl-talibin.

(İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən, Sənin nəzdində feyz və səadət tapanlardan, Sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey Sənə can atanların son məqsədi!).

Ayə: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz”. /Bəqərə-185/

Hədis: “Allah buyurur: Oruc mənim üçündür, onun mükafatını mən verirəm”.

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9


DOSTLARINLA PAYLAŞ:

oyunlar