İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 8 iyun tarixində saat 10:00-dan 17:00-dək "İsmayıllı" və "Talıstan" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə İvanovka, Kürdmaşı və Qubaxəlilli kəndləri istisna olmaqla, İsmayıllı rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişində fasilələr yaranacaq.
Bu gün İsmayıllıda qaz olmayacaq
Təmir işləri ilə əlaqədar rayonun təbii qaz təchizatı dayandırılacaq.




Şərhlər