Biləcəri və Xırdalanda su olmayacaq
23 İyul 2012 Bazar Ertəsi 17:26
Təmirlə əlaqədar olaraq bu gün və sabah bu Biləcəri və Xırdalan qəsəbələrində içməli suyun verilməsində fasilələr yaranacaq.
Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işləri aparılır. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar olaraq 23-24 iyul tarixlərində Bakı şəhəri Binəqədi rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar