Bəzi rayonlarda qaz verilişində məhdudiyyətlər olacaq
07 İyul 2012 Şənbə 11:11
Məhdudiyyətlərə səbəb görülən təmir işləridir.
Azərbaycanın bir neçə rayonunda qazın verilişində məhdudiyyətlər olacaq. ANS PRESS-in ARDNŞ-in rəsmi saytına istinadla verdiyi məlumata grə, Şəmkir, Gədəbəy və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Təmir işləri ilə əlaqədar olaraq 9-10 iyul tarixlərində “Şəmkir”, “Şəmkir SES”, “Çinarlı”, “Çənlibel”, “Zəyəm”, “Gədəbəy”, “Alakol”, “Qovlar” və “Dondar Quşçu” Avtomatik Qazpaylayıcı stansiyalarından, eləcə də “Morul”, “Sarıtəpə”, “Zəhmət” Qaztənzimləyici Məntəqələrindən təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Şəmkir rayonunun Kür, Çinarlı qəsəbələri və Zəyəm kəndinə, Tovuz rayonunun Qovlar qəsəbəsi, Aşağı Quşçu, Dondar Quşçu, Azaflı, Bayramlı, Əsrik Cırdaxan, Alakol, Dönük Qırıqlı, Məşədilər, Yanıxlı və Düz Qırıqlı kəndlərinə, həmçinin Gədəbəy rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar