Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az-a açıqlamasında bildirib ki, “Kiçik Venesiya şəhərciyi”ndə işlərin əksəriyyəti görülüb, arxa su buraxılıb, kafe-restoranlar tikilib. Hazırda şəhərcikdə son tamamlama işləri aparılır. Açılışdan sonra sakinlər şəhərciyə buraxılacaq.
Qeyd edək ki, “Kiçik Venesiya şəhərciyi” 1960-cı illərdə salınıb. Təmirdən sonra şəhərcik ən müasir tələblər səviyyəsində yenidən qurulub. “Kiçik Venesiya şəhərciyi” əvvəlki görkəmi saxlanılmaqla yeni elementlərlə zənginləşdirilib, kanallar genişləndirilib, dərinləşdirilib və su keçidləri ilə birləşdirilib, buraya müasir qayıqlar gətirilib.







Şərhlər