Bakının və bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq
12 İyun 2012 Çərşənbə Axşamı 12:14
Məhdudiyyət təmir işləri ilə əlaqədardır.
Bu gün Bakı və bir sıra rayonların qaz təchizatında məhdudiyyətlər olacaq. ANS PRESS-in "Azəriqaz" İstehsalat Birliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar 12 iyun 2012-ci il tarixdə saat 09:00-dan 18:00-dək "Yeni Yevlax-2" (Cırdaxan), "Quba", "Digah", "Zirə-3", "Şimal DRES" və "Mərdəkan bağları" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Yevlax şəhərinin bir hissəsi, həmçinin rayonun Cırdaxan, Salahlı, Varvara, Balçılı, Ağqıraqlı, Boşçalı kəndləri, Quba şəhəri, Bakının Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Zirə, Sabunçu rayonunun isə Pirşağı, Nardaran və Bilgəh yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar