Bakının seysmik xəritəsi hazırlanacaq
29 May 2012 Çərşənbə Axşamı 21:34
Xəritənin hazırlanmasında yaponiyalı alimlər iştirak edəcək.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Yaponiya seysmoloqlarının birgə əməkdaşlığı sayəsində Bakının seysmik risk xəritəsi hazırlanacaq. Mərkəzin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bunun üçün Yaponiyanın “OYO” beynəlxalq şirkətinin məsləhətçisi Masakazu Takahaşinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Mayın 29-da RSXM-də “Bakının seysmik mikrorayonlaşdırılması üzrə risk xəritəsi” layihəsinin hazırlanması üzrə yekun müzakirələr aparılıb. Müzakirələrdə M.Takahaşi layihədə nəzərdə tutulan işlər və bu layihənin həyata keçirilməsi proseduraları haqqında ətraflı məlumat verib. RSXM-in baş direktoru Qurban Yetirmişli layihənin yekun variantı ilə bağlı təkliflərini irəli sürüb.

Sonda tərəflər layihə üzərində işlərin tamamlanması və sənədin bu ilin avqustunda Yaponiya hökumətinə təqdim olunması barədə qərar qəbul ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar