Bakıda yol bağlandı
30 May 2012 Çərşənbə 10:19
Azadlıq prospektinin Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişmədən tunelin girişinədək olan hissəsi bağlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarından asfalt örtüyünün çəkilməsi ilə əlaqədar olaraq Azadlıq prospektinin Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişmədən tunelin girişinədək olan hissəsi bağlanıb. Həmin ərazidə nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib. Təmir işlərinin nə zaman başa çatacağı hələlik məlum deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar