Bakıda yeni yol kompleksi istifadəyə verildi
28 May 2012 Bazar Ertəsi 12:53
Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksi istismara verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyev kompleksin açılışını bildirən rəmzi lenti kəsib.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına yol qovşağının tikintisi və texniki göstəriciləri barədə ətraflı məlumat verib. Bildirilib ki, “Azəryolservis” ASC-nin sifarişi ilə “Azərkörpü” ASC tərəfindən inşa olunmuş bu yol qovşağının tikintisinə 2006-ci il aprelin 11-də başlanılıb. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 145 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir.
DOSTLARINLA PAYLAŞ: