Bakıda yağış yağacaq, güclü külək əsəcək
23 May 2012 Çərşənbə 03:55
Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-29 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.
Hava şəraitinin qısa icmalı: Yaxın 2 gündə hava şəraitinin gündüz saatlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mayın 23-də arabir güclənən qərb küləyi əsəcək.
DOSTLARINLA PAYLAŞ: