Ölkə

Bakıda uşaq bağçasının yanında spirtli içki reklam olunub

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinq keçirib

· Xəbərçi
Bakıda uşaq bağçasının yanında spirtli içki reklam olunub
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı spirtli içkilərin reklamına dair tələblərin pozularaq Azərbaycan Tibb Universitetinin və Səbail rayonunda 53 saylı “Cücələrim” uşaq bağçasının yaxınlığında (100 metrdən az məsafədə) spirtli içkilərin küçə reklamlarının yayımlandığı müəyyən edilib.

Dövlət Xidmətinin gördüyü tədbirlər nəticəsində qeyd olunan reklamların yayımı dayandırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməyi tövsiyə edir.

Şərhlər